Rusiya və ABŞ qarşılıqlı narazılıq yaradan məsələlərin aradan qaldırılması və münasibətlərin bərpası üzrə növbəti danışıqlar raundunu keçiriblər.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, əsas məsələlər hələ də “havada qalıb”. Növbəti görüş yaz aylarında baş tuta bilər.
“Danışıqlar işçi səviyyəsində keçirildi. Biz gündəliyin bütün mövzularını kifayət qədər ciddi, peşəkar və dərin səviyyədə müzakirə etmək imkanı əldə etdik”, - deyə Sergey Ryabkov “İnterfaks”a müsahibəsində bildirib.
“Düşünürəm ki, irəliləmək üçün əlavə səylər tələb olunacaq. Siyasi səviyyədə də müəyyən impulsların lazım olacağını istisna etmirəm. Növbəti raundun, konkret tarixlər olmasa da, təxminən yazın əvvəlində keçirilməsi hədəf götürülüb”, — deyə o əlavə edib. Görüşün harada baş tutduğunu isə dəqiqləşdirməyib.