Fransanın xarici işlər naziri Jan-Noel Barro Qrenlandiyaya dəstək ifadə edərək, adanın Avropanın bir hissəsi olduğunu vurğulayıb.
“İki sahil” xəbər verir ki, Barro bu barədə X sosial şəbəkə hesabında yazıb.

Bu açıqlama ABŞ-da Qrenlandiya üzrə xüsusi elçinin təyin edilməsi fonunda səsləndirilib.
Bundan əvvəl ABŞ lideri Donald Tramp Luiziana ştatının qubernatoru Ceff Lendrini ABŞ-ın Qrenlandiya üzrə xüsusi elçisi təyin edib. Daha sonra Lendri Amerika tərəfinin Qrenlandiyanı öz tərkibinə qatmaq niyyətini təsdiqləyib.
“Qrenlandiya qrenlandiyalılara məxsusdur. Qrenlandiya Avropa ərazisidir”, — deyə Barro X sosial şəbəkəsindəki səhifəsində yazıb.