Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Rusiyadan sığınacaq aldıqdan sonra "Four Seasons" otelində, Moskva-Sitidə yerləşən “Federasiya” qülləsindəki iki mərtəbəli penthausda, həmçinin Rublyovkada yaşayıb.
“İki sahil” xəbər verir ki, bu məlumatı mənbələrə istinadən ABŞ-ın The New York Times qəzeti yayıb.
Məqalədə iddia olunur ki, Əsədin ailəsi xüsusi xidmət orqanları tərəfindən mühafizə olunur.
“Əsədin qızlarının fəaliyyətinə nəzər saldıqda, ailənin əhəmiyyətli sərvətini qoruyub saxladığı görünür”, — deyə materialda qeyd olunur.
Nəşrdə, həmçinin bir suriyalı qaçqının Moskva-Sitidə, 62-ci mərtəbədə yerləşən Sixty restoranında Əsədlə görüşməsi barədə də məlumat verilir.