23 dekabr 2025 23:36
96

Rusiya Ukraynanın itkilərini açıqladı - 1399-cu gün

Rusiya müharibənin 1399-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 669 təyyarəsi, 283 helikopteri, 104 146 PUA-sı, 640 zenit-raket kompleksi, 26 668 tank və digər zirehli texnikası, 1 634 reaktiv yaylım atəş sistemi, 32 097 artilleriya və minaatanı, 49 801 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.