23 dekabr 2025 19:59
121

Türkiyədə minimum əməkhaqqı BU QƏDƏR OLDU

Türkiyənin əmək və sosial təminat naziri Vedat İşıqhan yeni minimum əməkhaqqının xalis olaraq 28 min 75 lirə (təxminən 1114 manat) olaraq müəyyən edildiyini açıqlayıb.

“İki sahil” "Haber Global"a istinadla xəbər verir ki, o, bunu Minimum Əməkhaqqının Müəyyənləşdirilməsi Komissiyasının sonuncu iclasından sonra bildirib.

Qeyd edək ki, əvvəlki iclaslar 12 və 18 dekabr tarixlərində başa tutub.