24 dekabr 2025 08:19
123

Venesuelanın BMT-dəki səfiri: ABŞ Venesuelanı müstəmləkə etmək istəyir

ABŞ Prezidenti Donald Tramp Venesuelanı yenidən müstəmləkəyə çevirməyə çalışır.

“İki sahil” xəbər verir ki,  bunu Venesuelanın BMT-dəki daimi nümayəndəsi Samuel Monkada bildirib.

"ABŞ Prezidenti 200 il geriyə getmək, Venesuelanı müstəmləkə etmək istəyir", - Monkada deyib.

Diplomat həmçinin ABŞ-ın faktiki olaraq bütün Karib dənizini ilhaq etdiyini və Venesuelanın dəniz blokadasının müharibə cinayətindən başqa bir şey olmadığını qeyd edib.

Venesuela 1811-ci ildə İspaniyadan müstəqilliyini elan edib.