24 dekabr 2025 10:25
118

ABŞ-də qocalar evində partlayış olub

Pensilvaniyanın (ABŞ) "Silver Lake" qocalar evində baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.

“İki sahil” xəbər verir ki, NBC telekanalına istinadən verdiyi məlumata görə, hadisənin ilkin səbəbi qaz sızması hesab edilir.

Məlumata görə, partlayışdan sonra binada güclü yanğın baş verib. Bristol dairəsinin yanğından mühafizə rəisi Kevin Dippolito bildirib ki, beş nəfərin itkin düşdüyü güman edilir: "Lakin onlar ailə üzvləri ilə birlikdə hadisə yerini tərk edə bilərlər". Polis əməkdaşının sözlərinə görə, yaralanan 20 nəfər xəstəxanalara yerləşdiriliblər.

Partlayış nəticəsində birinci mərtəbənin bir hissəsi çöküb. Xilasedicilər insanları pəncərələrdən və lift şaxtasından təxliyə etməli olublar.