Macarıstanın baş naziri Viktor Orbanın Magyar Nemzet nəşrinə verdiyi açıqlamaya görə, Aİ liderləri Co Baydenin prezidentliyi dövründə ABŞ hakimiyyətinin təsiri altında Rusiyaya qarşı qarşıdurma yolunu tutdular, halbuki 2022-ci ildə münaqişənin qarşısını almaq mümkün idi.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
“Əgər bu baş versəydi, bu gün üzərimizdə müharibə təhlükəsi olmazdı”, — deyə o vurğuladı.
Bundan əvvəl Orban bildirmişdi ki, Avropa İttifaqı dağılma vəziyyətindədir və ciddi yenidən təşkilatlanma aparılmasa, mövcudluğunu dayandıra bilər.