24 dekabr 2025 21:50
102

Belçika kralı hökumətin mövqeyini dəstəkləyib

Belçika kralı Filip Milad münasibətilə ünvanladığı müraciətdə ölkə hökumətinin dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı mövqeyini dəstəklədiyini bildirib.

“İki sahil” xəbər verir ki, buy barədə RİA Novost məlumat yayıb.

“Hazırda Avropa İttifaqı daxilində həmrəylik nümayiş etdirməyin vaxtıdır”, — deyə, o, qeyd edib.

"Politico" nəşri yazmışdı ki, Belçikanın baş naziri Bart de Veverin Rusiya aktivlərinin müsadirəsi planını dəstəkləməkdən imtina etməsi faktiki olaraq Avropa İttifaqının strategiyasını pozub və Aİ tarixində “dramatik yeni bir səhifə” açıb.