25 dekabr 2025 15:20
112

Paşinyan: İranla strateji tərəfdaşlıq sənədini imzalamağa hazırıq

İrəvan Tehranla strateji tərəfdaşlıq sənədi imzalamaq niyyətindədir.

“İki sahil” Ermənistan KİV-inə istinadla xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Ermənistan-İran münasibətləri dinamik şəkildə inkişaf edir və yüksək səviyyədədir: "İranla çox möhkəm münasibətlərimiz var və biz onları strateji tərəfdaşlıq sənədi formasında rəsmiləşdirməyə çalışırıq".

Baş nazir xatırladıb ki, 2025-ci ilin əvvəlində Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq xartiyası, dekabrda isə Avropa İttifaqı ilə strateji tərəfdaşlıq proqramı imzalayıb.