25 dekabr 2025 17:33
124

CNN: NATO-nun Rusiya ilə mümkün münaqişə planları real deyil

NATO-nun Rusiya ilə silahlı münaqişə baş verərsə istifadə etməyi planlaşdırdığı ssenarilər real əsaslara söykənmir və tənqidə davam gətirmir.

“İki sahil” CNN-ə istinadla xəbər verir ki, bu fikri Böyük Britaniyanın RUSI institutunun baş elmi əməkdaşı Cek Uotlinq səsləndirib.

O, bildirib ki, NATO üzvü olan ölkələrin hökumətləri alyansın müdafiə qabiliyyətini gücləndirmək üçün lazımi addımları atmır.

“Biz hələ də mövcud olmayan şeylərə əsaslanaraq düşünürük”, — deyə Uotlinq vurğulayıb.