Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, NATO ölkələrində bəzi siyasətçilərin Kalininqrad vilayətinin blokadaya alınması və ya güc yolu ilə ələ keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlər xəstə fantaziyalardan başqa bir şey deyil.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, brifinq zamanı qeyd edib ki, bəzən ən radikal Qərb siyasətçiləri Kalininqrad vilayətinin mümkün blokadası barədə cəfəng fikirlər səsləndirirlər, hətta güc yolu ilə ələ keçirmədən belə danışırlar.
Zaxarovanın sözlərinə görə, bu cür bəyanatlarda ağılsızlıq və məsuliyyətsizlik açıq şəkildə görünür.
Daha əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya Kalininqrad vilayətinin təhlükəsizliyini bütün gücü ilə təmin edəcək.