25 dekabr 2025 20:39
110

Zelenski Uitkoff və Kuşnerlə telefon danışığı barədə məlumat verib

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşnerlə telefon danışığı apardığını bildirib.

“İki sahil” xəbər verir ki, Zelenski bu barədə öz Telegram kanalında yazıb.

“Bu gün prezident Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşnerlə çox yaxşı söhbət etdik”, — deyə Zelenski qeyd edib.

Zelenskinin sözlərinə görə, tərəflər “işin bəzi mühüm detalları”nı müzakirə ediblər.

Danışıq zamanı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və onun müavini Sergey Kislitsa, həmçinin Zelenskinin ofisinin əməkdaşları İqor Brusilo və Aleksandr Bevz iştirak ediblər.