26 dekabr 2025 12:27
131

Polşa Rusiya ilə sərhəddə YOXLAMA QAYDALARINI SƏRTLƏŞDİRİB

Milad və Yeni il tətilləri ərəfəsində Polşa–Rusiya sərhədində turistlərin və onların apardıqları malların yoxlanılması qaydaları xeyli sərtləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, Rusiyaya aparılmasına icazə verilən nağd avronun limiti adambaşına 500 avrodan 300 avroya endirilib. Sərhədçilər şəxsi əşyaları tam yoxlayırlar: süd məhsulları, yumurta və piy daxil olmaqla bütün ərzaqlar üçün mütləq kassa çeki tələb olunur. Çek olmadıqda, məhsullar sərhəddə saxlanılır.

Bundan başqa, sərhəd xidməti əməkdaşları bütün bayram hədiyyələrinin qablaşdırılmasını açmağı tələb edirlər. Avropa İttifaqının sanksiya paketlərinə görə girlyandalar və yolka oyuncaqları ölkədən çıxarılması qadağan olunan mallar siyahısına daxil edilib.

Yeni iPhone smartfonlarının gətirilməsi üçün ayrıca yoxlamadan keçmək lazımdır.