26 dekabr 2025 13:03
108

Avropa Livanın demoqrafik yolunu təkrarlamaq riski ilə üz-üzədir - "European Conservative"

Bir neçə onillik ərzində xristian ölkəsindən müsəlmanların çoxluq təşkil etdiyi dövlətə çevrilmiş Livan, miqrasiya və aşağı doğum səviyyəsi səbəbindən Avropada da baş verə biləcək demoqrafik dəyişimin nümunəsi hesab olunur.

“İki sahil” xəbər verir ki, bu barədə "European Conservative" nəşri yazır.

Qərbi Avropa ölkələri kütləvi miqrasiya və doğum səviyyəsinin azalması ilə üzləşir. Bu amillər Livanda yaşanan böhrana bənzər vəziyyətə gətirib çıxarır Orada yerli xristian əhali artıq bu dəyişikliklərin ağır nəticələrini hiss edir.

Məqalə müəllifinin yazdığına görə, Livanda xristian siyasətçilər rəsmi olaraq yüksək, bəzən isə əsas vəzifələr tuta bilsələr də, çox vaxt onlar islamçı qruplaşmaları üçün sadəcə vitrin və marionet rolunu oynayırlar.

European Conservative jurnalistlərinin fikrincə, Livanın təcrübəsi mövcud miqrasiya siyasəti davam edərsə, "Köhnə Dünya"nın tarixi kimliyini itirməsi riskinə dair bir xəbərdarlıq olacaq.

Daha əvvəl amerikalı sahibkar İlon Mask Brüsseldə uşaqların mənşəyi ilə bağlı məlumatları şərh edərək, Belçikanın paytaxtının artıq belçikalı olmadığını bildirmişdi.