26 dekabr 2025 13:18
106

Qərb hərbi əməliyyatlara hazırlaşır - BELARUSUN MÜDAFİƏ NAZİRİ

Qərb ölkələri hərbi əməliyyatlara hazırlaşır və bu, blef deyil.

“İki sahil” RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Belarusun müdafiə naziri, general-leytenant Viktor Xrenin bildirib.

“Onlar hər yerdə deyirlər: ‘Biz müharibəyə hazırlaşırıq’… Biz bunun boş sözlər olmadığını düşünürük… Onlar bunu həqiqətən edirlər”, — deyə o, bildirib.

Xrenin mövcud vəziyyəti gərgin və radikallaşmaya meyilli kimi xarakterizə edib.

Daha əvvəl "Politico" nəşri Avropa İttifaqında hibrid müharibə çərçivəsində Rusiyaya mümkün zərbələrin müzakirə edildiyini yazmışdı.