Amerikalılar hər il Milad bayramında uyğun olmayan və ya bəyənilməyən milyardlarla dollar dəyərində hədiyyələri mağazalara geri qaytarırlar ki, bu da pərakəndə ticarət üçün ciddi problem yaradır.
“İki sahil” xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

"Adobe Analytics" şirkətinin hesabatına görə, 26 dekabrdan sonra məhsul qaytarmaları ayın əvvəli ilə müqayisədə 25–35% artır və yanvar ayı boyunca davam edir. Analitiklərin fikrincə, ən çox geri qaytarılan hədiyyələr bunlardır: Geyim və ayaqqabılar, aksesuarlar, elektronika məhsulları.
Məhsul qaytarmaları üzrə ixtisaslaşmış "Seel" platformasının məlumatına əsasən, qış bayramlarından sonra qaytarmalar həqiqətən kəskin artır və ümumilikdə 2025-ci ildə illik satışların 20–25%-nə çatacaq ki, bu da təxminən 1 trilyon ABŞ dollarına bərabərdir.
Platformanın hesablamalarına görə, noyabr və dekabr aylarında məhsul qaytarmaları orta hesabla 16% artır.