Türkiyədə futbolda qanunsuz mərc oyunları istintaqı çərçivəsində 14-ü futbolçu olmaqla ümumilikdə 29 şübhəli barəsində saxlanılma qərarı verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edilir ki, saxlanılanlar arasında “Qalatasaray”ın keçmiş rəhbərlərindən Erden Timur, Eyüpspor klubunun vitse-prezidenti Fatih Kulaksız, eləcə də Türkiyə Futbol Federasiyasının (TFF) Xarici Əlaqələr və Milli Komandalar üzrə inzibati direktoru Buğra Cem İmamoğulları da var.