Qərb Ukraynaya əlverişli təhlükəsizlik şərtləri, ölkənin bərpası və Rusiya ilə münasibətlərin normallaşdırılmasını təklif edir, lakin Kiyev münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.
“İki sahil” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Qoşun Qruplaşmasının komanda məntəqəsində hərbçilərlə görüşü zamanı bildirib. Putin vurğulayıb ki, Rusiyanın Ukrayna qoşunlarının hazırda nəzarətində olan ərazilərdən, o cümlədən Donetsk vilayətinin bəzi hissələrindən könüllü şəkildə çıxarılmasında marağı faktiki olaraq yoxdur.
“Əgər Kiyev münaqişəni sülh yolu ilə həll etmək istəməzsə, Moskva Xüsusi Hərbi Əməliyyatın məqsədlərinə hərbi yolla nail olacaq”, – deyə Rusiya Prezidenti qeyd edib.
Putin həmçinin Rusiya–Ukrayna sərhədi boyunca bufer zonanın yaradılması prosesinin yaxşı templə davam etdiyini bildirib.
Mask ABŞ-ın təkpartiyalı dövlətə çevrilmək təhlükəsi ilə üzləşdiyini bəyan edib
Almaniyada metallurgiya və elektrotexnika sahələrində minlərlə iş yerinin itirilməsi proqnozlaşdırılır
Polşa Cənubi Koreyanın reaktiv yaylım atəş sistemləri üçün raket istehsal edəcək