27 dekabr 2025 22:54
95

ABŞ-ın çağırışı

ABŞ administrasiyası Kamboca və Tailand arasında atəşkəs razılaşmasını alqışlayır və tərəfləri sülh sazişi üzrə öz öhdəliklərini yerinə yetirməyə çağırır.

“İki sahil” xəbər verir ki,  bu, dövlət katibi Marko Rubionun bəyanatında yer alıb. "Biz Kamboca və Tailandı bu öhdəlikləri dərhal yerinə yetirməyə və Kuala-Lumpurda əldə olunan sülh razılaşmalarının şərtlərini tam həyata keçirməyə təkidlə çağırırıq", - ABŞ Dövlət katibinin bəyanatında qeyd olunub.