ABŞ-ın vitse-prezidentinin səfəri Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması kimi misli görünməmiş reallıqlar kontekstində baş verir.
“İki sahil” xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O, avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi görüşə görə, ona və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığını bildirib. “Prezident Trampın şəxsi iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh bərqərar oldu. Vaşinqton Sülh Sammitindən sonra Prezident İlham Əliyev və mən birgə məktubla Prezident Trampı Nobel Sülh Mükafatına namizəd göstərdik və ümid edirəm ki, Prezident 2026-cı ildə bu mükafatı alacaq. Vitse-prezident Vensin səfəri sülh və Ermənistan-ABŞ strateji tərəfdaşlığının genişləndirilməsində mühüm addımdır”.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram