ABŞ şirkətləri ABŞ-Azərbaycan strateji tərəfdaşlıq sənədinin imzalanmasını böyük maraqla gözləyirlər.
“İki sahil” xəbər verir ki, bunu Bakıda jurnalistlərin suallarını cavablandıran ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.
O deyib: “Çünki Strateji Tərəfdaşlıq sənədi Amerika şirkətlərinin Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməsi və əlaqə qurması üçün əlverişli mühit yaradır. Bu, həmçinin ABŞ bazarı ilə maraqlanan Azərbaycan şirkətləri üçün də – xüsusilə otelçilik, daşınmaz əmlak və digər sahələrdə – yeni imkanlar təmin edir”.
Kuş Çoksi bildirib ki, ABŞ Ticarət Palatasına üzv şirkətlər iki hökumətin hansı sahələrə xüsusi diqqət ayırdığını izləyirlər, lakin Strateji Tərəfdaşlıqdan asılı olmayaraq, şirkətlər hər zaman bazar imkanlarını dəyərləndirirlər. Bazar imkanları isə çox genişdir.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram