Vens ailəsinin Şəhidlər Xiyabanını ziyarət etməsi Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsidir.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkədə paylaşımında deyilir.
Qeyd olunub ki, fevralın 11-də ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və İkinci xanım Uşa Vens Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər.
"Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi fədakarlıqlara hörmətin ifadəsi olmaqla yanaşı, anım mədəniyyətinin, insan ləyaqətinin və sülhün vacibliyini bir daha vurğuladı", - paylaşımda deyilir.
Bu gün ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və İkinci xanım Uşa Vens Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər. Vens ailəsinin bu ziyarəti Azərbaycan xalqının göstərdiyi… pic.twitter.com/N2PZIrYnMW
— U.S. Embassy Baku (@USEmbassyBaku) February 11, 2026
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram