Bakı və Əbu-Dabi arasında fevralın 11-də qardaşlaşma münasibətlərinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) "iki sahil"ə verilən məlumatda bildirilib ki, memorandum Əbu-Dabinin Bələdiyyələr və Nəqliyyat Departamentinin sədri Məhəmməd Əli Əl- Şorafanın rəhbərliyi ilə BƏƏ nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində imzalanıb.
Nümayəndə heyəti BŞİH-nin başçısı Eldar Əzizovla görüşüb. Görüşdə Eldar Əzizov qeyd edib ki, bu gün iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olması hər iki dövlətin rəhbərlərinin fəaliyyətinin nəticəsidir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabiyə səfəri çərçivəsində 2026-cı il fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə iki şəhərin qardaşlaşması məsələsi müzakirə olunub.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram