Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Maykl Oflahertinin Ermənistana etdiyi səfərə dair yayılmış məlumatda Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərin qayıdış hüququ xüsusi olaraq vurğulanıb. Bu xüsusda qeyd etmək istərdik ki, Qərbi Azərbaycan İcması əvvəllər bir neçə dəfə Avropa Şurasının müxtəlif təsisatlarına müraciət ünvanlasa da, nədənsə onlar bizim Ermənistanda öz dədə-baba yurdlarımıza qayıdışımızla bağlı mövqeyini ifadə etməyiblər.
“İki sahil” xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.
Bəyanatda, həmçinin qeyd olunub: “Qərbi Azərbaycan İcması Avropa Şurasının insan hüquqları üzrə komissarını sələflərinin, eləcə də Avropa Şurası Parlament Assambleyasının səhvlərini təkrar etməməyə, insan hüquqlarına münasibətdə ayırıcı xətt çəkmək siyasətindən əl çəkməyə və bizim Ermənistana qayıdış hüququmuza dəstək verən ictimai bəyanatla çıxış etməyə çağırır”.
Prezident İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram