Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) faciəvi məktəb atışmasına görə Kanadaya başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.
"Biz Kanadada, Tumbler Ridgedə baş vermiş faciəvi məktəb atışmasından dərin kədərlənirik. Bu çətin vaxtda qurbanların ailələrinə və yaxınlarına, eləcə də Kanada hökumətinə və xalqına səmimi başsağlığı diləyirik. Düşüncələrimiz həmçinin yaralananlarla birlikdədir və onlara tez və tam sağalmağı arzulayırıq".
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram