Azərbaycandan Ukraynanın İrpin şəhərinə humanitar yardım çərçivəsində generatorlar göndərilib.
“İki sahil” xəbər verir ki, bu barədə məlumat Ukrayanın Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşılıb.
Məlumata görə, yardım Ukrayanın Azərbaycandakı səfiri Yuriy Husyev və Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Mykola Kalaşnık ilə birlikdə İrpin şəhərinə təhvil verilib.
Qeyd edilib ki, generatorlardan ibarət humanitar yardım partiyası Azərbaycan xalqı və təşkilatları tərəfindən toplanaraq Ukraynaya göndərilib və İrpin şəhərinə dəstək məqsədi daşıyır.
Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram
Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib