Bu ilin yanvar ayında Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı Mərkəzinə daxil olan 5348 zəng cavablandırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə DMX-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbul edilən zənglərin 1508-i müvəqqəti yaşama icazəsi, 131-i müvəqqəti olma müddətinin uzadılması, 433-ü vətəndaşlıq məsələləri, 547-si olduğu yer üzrə qeydiyyat, 427-si daimi yaşama icazəsi, 690-ı iş icazəsi, 178-si inzibati xəta, 1434-ü isə digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) fasiləsiz fəaliyyət göstərir.
Prezidentin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Ceyhun Bayramov ilə İshaq Dar ABŞ və İran arasında əldə olunan razılşamanı müzakirə ediblər