Ermənistan paytaxtı İrəvan yaxınlığında 2,2 maqnitudalı zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, yeraltı təkanların episentri Ararat vilayətinin Masis şəhərindən 10 km cənub-şərqdə yerləşib.
Zəlzələ Masis şəhərində, eləcə də Dvin və Mxçyan kəndlərində 2–3 bal gücündə hiss olunub.
Dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Qırğızıstan və Özbəkistan müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıblar
Lukaşenko pis işləyən kənd təsərrüfatı işçilərinin orduya göndərilməsini təklif edib