İsrail və ABŞ-nin İrana hücum etməsi ilə başlayan və İranın üçüncü ölkələri hədəf alması ilə davam edən hadisələr regionun gələcəyini və qlobal sabitliyi riskə ata biləcək xarakter daşıyır.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.
Bildirilib ki, rəsmi Ankara beynəlxalq hüquqa zidd və günahsız mülki şəxslərin həyatını təhlükəyə atan hər növ fəaliyyətdən dərin narahatlıq duyur, zorakılığın artmasına səbəb ola biləcək təxribatları pisləyir.
"Tərəfləri hücumları tez bir zamanda dayandırmağa çağırırıq", - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, Türkiyə vasitəçiliklə bağlı lazımi dəstəyi verməyə hazırdır.
Qərb sahilində minlərlə qədim artefaktı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
BMT: Ukraynada müharibə başlayandan bəri 16 mindən çox mülki şəxsin ölümü təsdiqlənib
Tramp: Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz
Rusiya XİN: Moskva Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə hazırdır