İranın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi İsrail və ABŞ-nin hücumlarından sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İdarə Heyətinin növbədənkənar təcili iclasının keçirilməsini tələb edib.
“İki sahil” xəbər verir ki, bu barədə məlumat diplomatik missiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb.
"İsrail və ABŞ-nin fevralın 28-dən başlayan təcavüzü fonunda Vyanadakı daimi nümayəndəlik BAEA-nın direktoru Rafael Qrossiyə ünvanlanan məktubda agentliyin İdarə Heyətinin təcili növbədənkənar iclasının keçirilməsinə çağırış edib", - məlumatda qeyd olunub.
Qərb sahilində minlərlə qədim artefaktı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
BMT: Ukraynada müharibə başlayandan bəri 16 mindən çox mülki şəxsin ölümü təsdiqlənib
Tramp: Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz
Rusiya XİN: Moskva Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə hazırdır