Türkiyə Pakistanda baş verən terror aktlarını qınayıb və terrorla mübarizədə İslamabadın yanında olduğunu bəyan edib.
“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib.

Söhbət zamanı liderlər ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan İrana qarşı hücumlarla başlayan münaqişəli proseslə əlaqədar bölgədə diplomatiyanın yenidən işə salınmasının böyük fayda verəcəyini, Türkiyənin bunun üçün əlindən gələn dəstəyi verməyə hazır olduğunu açıqlayıb.
Putin: Rusiya və Qazaxıstan terminalların buraxılış qabiliyyətinin artırılması istiqamətində iş aparır
Paşinyanla Makron Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar
Dunay çayında suyun səviyyəsi minimuma enib, onilliklər əvvəl batmış gəmilər üzə çıxıb