İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi İranın Azərbaycan ərazisində Naxçıvana dron hücumlarını pisləyib.
“İki sahil” xəbər verir ki, bu barədə İƏT “X” hesabında bəyanat dərc edib.
“Baş katiblik mülki infrastruktura endirilən zərbələri və dinc sakinlərin həyatı üçün təhlükə yaradılmasını pisləyir.
Bu, Azərbaycanın suverenliyini pozur, onun təhlükəsizliyinə və sabitliyinə təhlükə yaradır. Azərbaycanla tam həmrəyliyimizi təsdiqləyir və suverenliyin, təhlükəsizliyin və sabitliyin qorunması məsələsində onun yanındayıq”.
Təşkilat vurğulayıb ki, üzv dövlətlərə endirilən zərbələr və ya onların təhlükəsizliyinə hədə beynəlxalq hüququn prinsiplərini pozur və mehriban qonşuluğa və qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlərin əsaslarına ziddir.
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir