Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarının böyük hissəsi təxliyə edilib.
“İki sahil” xəbər verir ki, bunu "Report" sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
XİN sözçüsü əlavə edib ki, Azərbaycanın Təbriz şəhərindəki Baş konsulluğu heyətinin təxliyəsi isə tam başa çatıb.
Xatırladaq ki, xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin Tehrandakı Azərbaycan səfirliyi, Təbrizdəki Baş konsulluğun İrandan evakuasiya edilməsi barədə tapşırıqlar verdiyini bildirmişdi.
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir