Regional əməkdaşlığın inkişaf etdirilməsində Azərbaycan bir nümunədir. Azərbaycan həmçinin Qlobal Bakı Forumu səviyyəsində əhəmiyyətli bir platforma yaradaraq dünyada vacib çağırışları ifadə etmək imkanına malikdir.
“İki sahil” xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumunun açılış mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.
“Təəssüf ki, bir çox bölgələrdə parçalanmanın və qarşıdurmaların şahidi oluruq. Belə bir dövrdə dialoqu inkişaf etdirmək vacib addımdır. Son qlobal proseslər göstərir ki, bu kimi platformalar həm regional əməkdaşlıq, həm də etibarlı nəqliyyat dəhlizlərinin yaradılması üçün daha böyük ehtiyac yaradır. Bu isə ticarət sisteminin gücünü artırır və qarşılıqlı iqtisadi asılılığa xidmət edir”, - deyə Binəli Yıldırım vurğulayıb.
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir