Azərbaycan bu ilin mayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) yaşayış yerləri ilə bağlı təşəbbüslərini təqdim edəcək.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər" adlı panel sessisyada deyib.
Onun sözlərinə görə, bu gün sosial bərabərsizliklər var:
"Şəhərsalma, inkişafla bağlı problemlər var. Yaşayış şəraitinin təmin edilməsi iqtisadi parçalanmanı aradan qaldıra bilər".
Anar Quliyev bildirib ki, hökumət, icmalar, təşkilatlar insanlar üçün adekvat şəraiti təmin etməlidirlər:
"Didərgin düşmüş əhali üçün yenidənqurma dayanıqlı olmalıdır. Yaşayış üçün böyük sərmayələrin qoyulması mümkündür. Bütün bunlar Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) müzakirə ediləcək. Yüksəksəviyyəli dialoqlar, müxtəlif sessiyalar özəl sektoru, vətəndaş cəmiyyətini bir araya gətirəcək".
Komitə sədri həmçinin Qarabağda yenidənqurma və bərpa işlərinə də toxunaraq Azərbaycanın təcrübəsinin genişliyinə toxunub:
"WUF13 milli təcrübələrin təqdim olunmasına, bilik mübadiləsinə və mənzil problemlərinin həllində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsinə imkan yaradacaq".
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir