Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri başa çatıb.
“İki sahil” xəbər verir ki, son yarış günündə milli komandamızın daha 2 üzvü fəxri kürsüdə yer alıb. +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev gümüş medala layiq görülüb. -100 kq çəkidə çıxış edən Elmar Qasımov isə bürünc mükafata sahib çıxıb.
Xatırladaq ki, ötən gün Tofiq Məmmədov (-66 kq) üçüncü yeri tutmuşdu.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq