Martın 16-da ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 170, o cümlədən borclu şəxs qismində axtarışda olan 142 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.
“Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması” proqramına start verilib
Hadrut qəsəbəsində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır