Martın 21-də Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, 32-ci dəfə baş tutacaq ənənəvi beynəlxalq yarışda 8 çəki dərəsində Azərbaycanın 16 yeniyetmə qız cüdoçusu mübarizə aparacaq.
U-18 yaş kateqoriyasında Sunay Salamova, Zəhra Quliyeva (hər ikisi 40 kiloqram), Nigar Heydərzadə, Pərvin Sevxanlı, Fatimə Abdullayeva (hamısı 44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), Tövsiyyə Babayeva (52 kiloqram), Gülnaz Məmmədtağıyeva, Səma Vəlizadə, Yağmur Əhmədzadə (hamısı 57 kiloqram), Nəzakət Vəliyeva, Türkan Məmmədli, Zilan Hüseynli (63 kiloqram), Rəna Əhmədova, Məsumə Məmmədli (hər ikisi 73 kiloqram), Zemfira Əliyeva (+70 kiloqram) qüvvəsini sınayacaq.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq