İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
“İki sahil” xəbər verir ki, hücumçu 1/8 final mərhələsinin cavab oyununda "Nyukasl" (İngiltərə) ilə keçirilən görüşdə (7:2) iki qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, braziliyalı futbolçu səsvermədə Fransisko Trinkao ("Sportinq"), Vinisius Junior ("Real") və Dominik Şoboslaini ("Liverpul") qabaqlayıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq