İspaniya çempionu "Barselona"nın ispaniyalı qanad oyunçusu Lamin Yamal Çempionlar Liqasının 1/8 finalının ikinci oyununda "Nyukasl"a qarşı qol vuraraq turnir rekordunu qırıb.
“İki sahil” xəbər verir ki, Yamal Çempionlar Liqasında 10 qol vuran ən gənc oyunçu olub. O, bu mərhələyə 18 yaş 248 günlüyündə çatıb.
Lamin Yamal Kilian Mbappenin 18 yaş 350 günlüyündə qazandığı rekordunu qırıb.
Bundan əlavə, ispaniyalı oyunçu 31 oyunda 10 məhsuldar ötürmə edərək Çempionlar Liqası tarixində ardıcıl iki pley-off oyununda qol vuran ən gənc oyunçu olub.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq