Fransanın Bakıdakı səfiri Sofi Laqut Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, diplomatın Azərbaycan dilində videomüraciəti səfirliyin Facebook səhifəsində dərc olunub.
"Fransanın Azərbaycandakı səfirliyi Novruz bayramının qeyd olunmasına qoşulur və Azərbaycan xalqına xoş arzularını çatdırır. Sizə sülh və rifah arzulayırıq. Novruz bayramınız mübarək!", - deyə Laqut bildirib.
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında "Mənim Abşeronum: Üstə gəl" sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb
BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir