İngilrərənin “Milluol” klubu ev stadionu olan Den stadionu üçün 999 illik icarə müqaviləsi imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, Luişam şəhər şurası ilə bütün hüquqi sənədlər rəsmiləşdirilib. Bu razılaşma “Milluol”un uzunmüddətli sabitliyini təmin edir və klubun gələcək inkişafı üçün möhkəm baza yaradır.
Qeyd edək ki, “Den” stadionu Londonda yerləşir və 1993-cü ildə tikilib. 1885-ci ildə əsası qoyulan “Milluol” hazırda Çempionşiodə oynayır. Klubun ən böyük uğuru 2004-cü ildə İngiltərə Kubokunun finalına yüksəlməsi olub.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq