“Neftçi” mövsümün sonunda daha bir futbolçusunu heyətdə saxlamaq istəyir.
“İki sahil” xəbər verir ki, “ağ-qaralar” komandanın aparıcı üzvünə çevrilən Freddi Varqasa yeni müqavilə təklif edəcək.
Onun son vaxtlardakı performansı klubda haqqında müsbət düşünməyə vadar edib.
Venesuelalı oyunçunun özünün də “Neftçi”də qalmaq istədiyi bildirilir.
“Makkabi”yə(Netanya) məxsus olan Varqasın icarə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
26 yaşlı yarımmüdafiəçi “Deportivo Lara”, “Dallas”, “Metropolitanos”, “Makkabi Bnye Reyneh” klublarında oynayıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq