"Kolambus Kryu"nun baş məşqçisi Henrik Ridströmün Nəriman Axundzadədən gözləntiləri böyükdür.
“İki sahil” xəbər verir ki, mütəxəssis bu barədə "Toronto" ilə oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. Baş məşqçi heyətdəki rəqabəti gücləndirməyin vacibliyini vurğulayıb: "Bizim toparlanmaq, yaralarımızı sarımaq və bir araya gəlmək üçün vaxtımız var, lakin bunun üçün daha çox rəqabət lazımdır. Hazırda meydanda həddindən artıq çəkingən davranırıq. Ümid edirəm ki, Andre Qomes və Nəriman Axundzadə kimi komandaya yeni qoşulan futbolçular rəqabəti artırmaq üçün səviyyəmizi yüksəldə biləcəklər. Onların gəlişi ilə daha ciddi mübarizə aparmağımız çox vacibdir".
Qeyd edək ki, N.Axundzadə sözügedən qarşılaşmanın 88-ci dəqiqəsində meydana daxil olaraq MLS-də çıxış edən ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb. Qarşılaşma "Toronto"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq