İtaliyanın "İnter" klubunun hücumçusu Markus Türam yay transfer pəncərəsində komandasını dəyişə bilər.
“İki sahil” xəbər verir ki, Səudiyyə Ərəbistanı klublarının ciddi marağına baxmayaraq, 28 yaşlı fransalı forvard karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə üstünlük verir.
Artıq İngiltərənin "Aston Villa" və "Nyukasl" klublarının futbolçu ilə təmasa keçdiyi bildirilib.
Türam cari mövsümdə "neradzurri"nin heyətində bütün turnirlər daxil olmaqla 36 matçda meydana çıxıb. Təcrübəli hücumçu bu oyunlarda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Transfermarkt" portalı M.Türamın dəyərini 60 milyon avro qiymətləndirir.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq