İspaniyanın "Atletiko Madrid" komandasının futbolçusu Antuan Qrizman "Orlando Siti" klubuna keçib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin rəsmi saytı məlumat yayıb. 34 yaşlı hücumçu komandaya bu yay qoşulacaq. Onunla 2028-ci ilədək müqavilə imzalanacaq. Fransız futbolçunun sözləşməsində daha bir il uzatma maddəsi olacaq. Antuan Qrizmann İspaniyada "Real Sosyedad" və "Barselona" klublarında da oynayıb.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq