Voleybol hakimləri üçün təşkil olunan üçmərhələli seminarın yekun mərhələsi keçirilib.
"Report"un Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi saytına istinadən məlumatına görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan təlimdə 23 nəfər iştirak edib.
Seminarın sonuncu mərhələsi federasiyanın AVF-nin Hakimlər Komissiyasının sədri, Eldar Zülfüqarov və federasiyanın Hakimlər Komissiyasının sədr müavini Zaur Hacıyev tərəfindən aparılıb. Beynəlxalq dərəcəli hakimlər voleybol qaydalarının incəliklərini izah edərək iştirakçıların suallarını cavablandırıb və onlardan test imtahanı götürüblər.
Yüksək nəticə göstərən iştirakçılar yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyinin pley-off mərhələsinin oyunlarına təyinat alacaqlar.
Qeyd edək ki, seminarların keçirilməsində əsas məqsəd hər il yeni hakimlərin hazırlanması və mövcud kadrların peşəkarlıq səviyyəsinin artırılmasıdır.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq