Almaniya millisinin və “Bavariya”nın futbolçusu Leon Qoretzka karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, “Fənərbaxça”dan sonra Türkiyədən daha bir klub almanı heyətinə qatmağı planlaşdırır. “Qalatasaray” da Qoretzka üçün hərəkətə keçib.
Mövsümün sonunda “Bavariya” ilə müqavilə müddəti başa çatacaq yarımmüdafiəçi “Fənərbaxça” və “Qalatasaray” arasında seçim etməli olacaq.
Qeyd edək ki, o, 2018-ci ildə “Bohum”dan “Bavariya”ya keçib.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq