Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
“İki sahil” xəbər verir ki, o, voleybol üzrə 18 yaşadək oğlanlar arasında keçirilən Avropa çempionatının oyunlarını idarə edəcək.
Təcrübəli hakim turnirin ikinci təsnifat mərhələsinin C qrupunun görüşlərində ədaləti qoruyacaq.
Qeyd edək ki, martın 26–dan 28-dək Serbiyada təşkil olunacaq yarışda ev sahibi ilə yanaşı, Avstriya, Çexiya və Slovakiya yığmaları mübarizə aparacaqlar.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq